Lənkəran şəhəri 2-ci mikrorayonda yerləşən 14-cü yaşayış binasının zirzəmisi uzun müddətdir baxımsız vəziyyətdə qalıb.
Sakinlərin Cenublu.az-a verdiyi məlumata görə, zirzəmidəki antisanitar vəziyyət binada rütubət problemini artırmaqla yanaşı, onların sağlamlığı və yaşayış şəraiti üçün real təhlükə yaradıb.
Sakinlər aidiyyəti qurumlardan zirzəminin təmizlənməsi və bərpası istiqamətində təcili tədbirlərin görülməsini tələb edirlər.