Lənkəran rayonunun Velədi kəndində yanğın baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 21 dekabr tarixində verir.
Yanğın hadisəsi axşam saatlarında qeydə alınıb. Kənd sakini Gülməmməd Cəlil oğlu Hüseynova məxsus ümümi sahəsi 200 kvadratmetr olan 5 otaqlı evdə yanğın baş verib. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Görülən tədbirlər nəticəsində yanğın söndürülüb. Yanğının digər tikililərə keçməsinin qarşısı alınıb.
Qeyd edək ki, yanğın baş verən zaman evdə heç kim olmayıb.
Hazırda yanğının başvermə səbəbləri araşdırılır.