Azərbaycan Yazıçılar Birliyinin Lənkəran Bölməsinin "Söz" ədəbi məclisi kitab təqdimatı keçirəcək. Bu haqda məlumatı Cenublu.az bu gün, 26 sentyabr tarixində verir.
Belə ki, 30 sentyabr 2023-cü il tarixində saat 11:00-da Lənkəran Mərkəzləşdirilmiş Kitabxana sisteminin oxu zalında şair Ceyhun Quliyevin yeni çapdan çıxmış "Bənövşənin bitən vaxtı" kitabının təqdimatı baş tutacaq.
Giriş sərbəstdir.