Lənkəran rayonu Boladi kəndinin örüş sahələrində və sakinlərin pay torpaqlarında ağacların qırılması faktları qeydə alınıb.
Bu barədə araz.az-a məlumat verən kənd sakinləri bildirirlər ki, Boladi bələdiyyəsinin sədri Salman Dadaşovun yaxın qohumları ağacları kəsərək qaz olmayan kəndlərdə satırlar.
Təqdim olunan görüntülərdən məlum olur ki, ərazidə yüzlərlə ağac kəsilib.
Redaksiyamız tərəfindən Boladi bələdiyyəsinə ünvanlanan sorğuya cavab verilməyib.
Sözügedən görüntülərin bir qismini təqdim edirik: