top
Lənkəranda Azərbaycan Kubokunun II mərhələsinin qalibləri müəyyənləşiblər
08 sentyabr 2023, 01:53
- ↺ +

Lənkəranda Azərbaycan Kubokunun II mərhələsinin qalibləri müəyyənləşiblər

Lənkəranda şose velosipedinin kriterium növü üzrə Azərbaycan Kubokunun ll mərhələsinin qalibləri müəyyən olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 8 sentyabr tarixində verir.

İkinci yarış günündə idmançılar cüt ötüşmə növündə güclərini sınayıblar. 2010-2011-ci il təvəllüdlü oğlanlar (12 nəfər) 5 km, 2009 (12 nəfər) və 2006-2008-ci il təvəllüdlü oğlanlar (20 nəfər) isə 10 km məsafə qət ediblər.

2010-2011-ci il təvəllüdlü oğlanlar arasında Ələsgər Bürcəlizadə (ROEQİUGVM) və Timur Rəcəbov (ROEQİUGVM) cütlüyü birinci (09:12:62), Nizam Cavadlı (Təhsil RİM) və Anar Cəfərov (AVF Gəncə bölməsi) ikinci (09:43:30), Artyom Sokolov (ROEQİUGVM İsmayıllı) və Daniil Cəbrayılov (ROEQİUGVM) üçüncü (09:45:42) yerə layiq görülüblər.

2009-cu il təvəllüdlü oğlanların mübarizəsində Çingiz İsayev (ROEQİUGVM) və Nihad Xudoyev (ROEQİUGVM) dueti hamıdan yaxşı göstəriciyə imza ataraq qızıl (16:12:48), Rüstəm Rəcəbli (Təhsil RİM) və Tunar Sadıqlı (Təhsil RİM) gümüş (16:42:13), Mirkəlam Ağayev (ROEQİUGVM) və Asiman Qasımov (ROEQİUGVM) bürünc (16:45:23) medal qazanıblar.

2006-2008-ci il təvəllüdlü oğlanların yarışında isə Artyom Proskuryakov (Təhsil RİM) və İsgəndər İsgəndərov (Təhsil RİM) birinci (14:41:46), Ravi Rzayev (ROEQİUGVM) və Turqut Qurbanlı (ROEQİUGVM) ikinci (15:14:10), Camal İbrahimzadə (ROEQİUGVM) və Tural İsrafilov (ROEQİUGVM) üçüncü (15:23:13) yerdə qərarlaşıblar.

Yarışdan sonra mükafatlandırma mərasimi keçirilib. Qaliblərə medal, diplom və qiymətli hədiyyələr təqdim edilib.

Qeyd edək ki, sentyabrın 8-də baş tutacaq üçüncü - sonuncu gündə velosipedçilər kriterium növü üzrə mübarizə aparacaqlar.

Yarışlar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi, Azərbaycan Velosiped Federasiyasının (AVF) və Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı baş tutub.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 00:01

2 oktyabr 2020 il: Vətən müharibəsinin altıncı günü

Bütün xəbərlər
Dünən, 18:02

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Dünən, 17:15

"Son damla qanıma kimi döyüşəcəyəm" deyən şəhidimiz

İqtisadiyyat
Dünən, 16:40

Masallıda 2 kəndin yolu yenilənib

Siyasət
Dünən, 16:10

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bütün xəbərlər
Dünən, 15:30

19 yaşlı şəhidimizin doğum günüdür

Cəmiyyət
Dünən, 15:00

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər
Dünən, 14:36

Milli Qəhrəmanın qardaşından Lerikdəki yolla bağlı müraciət

Bütün xəbərlər
Dünən, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Dünən, 13:30

Gələn həftə Drakonid meteor yağışı olacaq

Bütün xəbərlər
Dünən, 12:50

Oktyabrda 9 gün iş olmayacaq - TARİXLƏR AÇIQLANDI

Kriminal
Dünən, 12:15

Lənkəranlı söyüşə görə qardaşını öldürüb - MƏHKƏMƏ

Bütün xəbərlər
Dünən, 11:37

Vətən müharibəsi şəhidimizin ad günüdür

Kriminal
Dünən, 11:00

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Bütün xəbərlər
Dünən, 10:26

Bu gündən əsgərlər ehtiyata buraxılır

Kriminal
Dünən, 09:41

Masallıda qəza olub, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 09:03

Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub

Bütün xəbərlər
Dünən, 00:05

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

İqtisadiyyat
30 sentyabr 2026, 17:43

Dövlət Xidməti illik elektron pul köçürmələrində yeni həddi aylıq 50 min manata qaldırıb - YENİ QƏRAR

İqtisadiyyat
30 sentyabr 2026, 17:15

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Bütün xəbərlər
30 sentyabr 2026, 16:40

Lerikdə gənc müəllimlər arasında "Breyn Rinq" keçiriləcək

Bütün xəbərlər
30 sentyabr 2026, 16:00

Lənkəran sakini Kiyevdə dron hücumunun qurbanı oldu

İdman
30 sentyabr 2026, 15:15

Lənkəranda "İdman Həyətimdə" adlı kütləvi tədbir keçiriləcək

Cəmiyyət
30 sentyabr 2026, 14:30

İgid şəhidimizin anım günüdür

Oxşar xəbərlər