Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşlarının keçirdikləri monitorinq nəticəsində Lənkəranda fəaliyyət göstərən ət kəsimi və ət satışı məntəqəsində nöqsanlar aşkarlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 15 sentyabr tarixində verir.
Belə ki, Füzuli küçəsində yerləşən və Şükürov Şahin İnşallah oğluna məxsus ticarət obyektində aşkarlanan nöqsanlara görə sahibi barəsində inzibati protokol tərtib olunub.