Lənkəranda intensiv yağışlar bir sıra fəsadlar törədib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 sentyabr tarixində Apa.az-a istinadən verir.
Belə ki, bölgədə yağan yağışlar nəticəsində Lənkərançay məcrasından çıxıb. Əsasən, Sütəmurdov kəndi və çay kənarında olan evlərə, həyətyanı sahələrə sel suları dolub.
Aidiyyəti qurumlar fəsadların aradan qaldırılması üçün əraziyə cəlb olunub. Hazırda Astara rayonunun Ərçivan qəsəbəsi və Maşxan kəndində, Lənkəran şəhəri və rayonun Sütəmurdov kəndində su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması işləri və digər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.