Lənkəranda daha iki ticarət obyekti Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən aşkarlanan nöqsanlara görə cərimələnib. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 sentyabr tarixində qurumun rəsmi saytına istinadən verir.
Lənkəran şəhəri, Mir Mustafa xan küçəsində yerləşən "ZZ" şərab evi və Ə.Məmmədov küçəsində yerləşən Heydərov Anar Elşad oğluna məxsus mağaza obliqat qrupuna daxil olan işçilərin ilkin və dövri tibbi müayinədən keçməməsi və baytarlıq şəhadətnaməsi və ya arayışı olmayan heyvan mənşəli məhsulları qəbul etdikləri üçün barələrində inzibati protokol tərtib olunub və onlar cərimələniblər.