Lənkəran Gənclər Evində 27 Sentyabr – Anım Gününə həsr olunmuş şahmat turniri baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 sentyabr tarixində verir.
Həvəskar gənclər arasında keçirilən turnirdə I, II və III yeri qazanmış həvəskar gənclər diplomlarla təltif olunublar.
Turnir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran Gənclər Evinin birgə təşkilatçılığı ilə keçirilib.