top
Lənkəranda anasını evə buraxmayan kişi FHN əməkdaşını BIÇAQLADI
27 yanvar 2025, 00:53
- ↺ +

Lənkəranda anasını evə buraxmayan kişi FHN əməkdaşını BIÇAQLADI

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəranda ruhi xəstə FHN əməkdaşını bıçaqlayıb.

Cenublu.az-ın əldə etdiyi məlumata görə, hadisənin istintaqı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilib.

Belə ki, Cavid Qədirov (ad şərtidir) 1970-ci ildə Lənkəran şəhərində anadan olub. O, uzun müddət ruhi xəstəlikdən əziyyət çəkib. Psixoloji durumu yerində olmadığı üçün evin qapısını bağlayaraq anasına içəri keçməyə icazə verməyib. Anası Fidan Qədirova (ad şərtidir) oğlunun qapını açmadığını görüb Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinə zəng edib. FHN əməkdaşı qapını açaraq içəri daxil olarkən Cavid Qədirov onu bıçaqlayıb.

Cavid Qədirov Azərbaycan Respublikası CM-nin 126.2.2 və 315-ci maddəsi ilə təqsirləndirilib.

Lakin istintaq zamanı Cavid Qədirovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi sübuta yetirilib. Onun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi, barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi barədə əsaslar ortaya çıxıb.

Cinayət işinin materiallarında olan məhkəmə-psixiatrik ekspertizasının rəyindən görünür ki, təqsirləndirilənin həmin vaxtdakı psixi durumu istintaq hərəkətləri aparılmasına, o cümlədən dindirilməsinə imkan verməyib. Məhkəmə iclasında da eyni vəziyyətdə olduğundan ifadə verməsi mümkün olmayıb.

Məhkəmədə zərərçəkmiş şəxs ifadəsində göstərib ki, 2011-ci ildən Azərbaycan Respublikası FHN-nin XRXX-nin Çevik Xilasetmə İdarəsində baş çavuş rütbəsində xilasedici vəzifəsində işləyir:

“Xidmətdə olarkən “112” qaynar xəttinə vətəndaşın bağlı qapı arxasında qalması barədə məlumat daxil oldu. Xidmət yoldaşlarımla birgə hadisə yerinə getdik. Ora çatdıqda yaşlı qadının mənzilin qarşısında gözlədiyini gördük. Qadın bizə oğlunun ruhi xəstə olduğunu, 3 gündür qapını açmadığını bildirdi. Ruhi xəstə olduğu üçün polis əməkdaşlarını və ruhi-əsəb xəstəxanasının həkim briqadasını gözlədik. Onlar gəldikdən sonra xüsusi qurğu ilə qapını açdıq. Evin işıqları sönülü vəziyyətdə idi. Cavid əlindəki bıçaqla qarın nahiyəmə vurdu. Polis əməkdaşları onu zərərsizləşdirib saxlayıblar”.

Sonda məhkəmə Cavid Qədirovun hadisəni anlaqsız vəziyyətdə törətdiyi üçün məsuliyyətdən azad edib. Onun barəsində tibbi xarakterli məcburi tədbirlər təyin edilib.

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər