top
Lənkəranda almanların tikdiyi bir əsrlik körpü
02 yanvar 2025, 02:59
- ↺ +

Lənkəranda almanların tikdiyi bir əsrlik körpü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Lənkəranda 100 ilə yaxın yaşı olan Sütəmurdov körpüsündən bu gün də intensiv istifadə olunur. Bir vaxtlar alman mütəxəssisləri tərəfindən inşa olunmuş bu körpünün əsas özəlliklərindən biri onun beton deyil, tamamilə dəmir konstruksiyalardan inşa olunmasıdır.

Azertag.az xəbər verir ki, 1929-cu ilə qədər Lənkəran çayının bir tərəfindən digərinə keçmək üçün kiçik qayıqlardan istifadə edilirdi. Lakin intensiv yağıntılar zamanı çayda suyun kəskin artması təhlükəsizlik baxımından qayıqdan istifadə imkanını xeyli çətinləşdirirmiş. Elə buna görə də alman mütəxəssislərinin iştirakı ilə Lənkəranda eyniadlı çayın üzərində mövcud körpünün inşasına qərar verildi.

Tarixçi Aslan Aslanov bildirir ki, Lənkəran-Astara zonası yağıntıların ən çox düşdüyü ərazidir. Ona görə də güclü yağışlar yağanda çaya sel gəlirmiş və əhalinin bir sahildən digər sahilə keçməyi üçün ciddi problemlər yaranırmış. Onun üçün də 1929-1932-ci illərdə alman mütəxəssisləri tərəfindən bu körpü tikildi.

“Lənkəran şəhərini Sütəmurdov kəndi ilə birləşdirən avtomobil körpüsü tamamilə dəmir konstruksiyalardan inşa olunub. Əvvəllər Sütəmurdov körpüsündən istənilən avtomobilin keçidinə icazə verilsə də, sonralar buradan yük avtomobillərinin keçidi qadağan edildi. 1985-ci ildə Sütəmurdov körpüsündəki piyada keçidi ondan ayıraraq 8 metr aralıda yenisi ilə əvəzləndi” , - deyə tarixçi əlavə edir.

Sütəmurdov körpüsü 1972-2005-ci illərdə əsaslı təmir edilərək, əlavə dəmir konstruksiyalar quraşdırılıb. Hazırda nəqliyyat vasitələri intensiv şəkildə hər iki istiqamətdə günboyu bu körpüdən gedib-gəlir.

Qeyd edək ki, Sütəmurdov körpüsü yerli memarlıq abidəsi kimi dövlət tərəfindən qorunur.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər