Lənkəran Dövlət Dram Teatrında Əməkdar artist Adil Zeynalovun xatirə gecəsi təşkil olunacaq.
Cenublu.az xəbər verir ki, tədbir fevralın 20-i saat 15:00-da baş tutacaq.
Xatirə gecəsi “Teatrımızın dostları” könüllülər klubunun “Azərbaycan mədəniyyəti Heydər Əliyev işığında” layihəsi çərçivəsində “Kimlər gəldi, kimlər getdi…” adı altında keçiriləcək.