top
Lənkəranda 2 tondan çox yararsız ət məhsulları aşkarlanıb
29 noyabr 2023, 04:04
- ↺ +

Lənkəranda 2 tondan çox yararsız ət məhsulları aşkarlanıb

Lənkəran şəhəri, 21-ci məhəllədə yerləşən, Yusifli Rəsul Nazim oğluna məxsus anbarda Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları tərəfindən plandankənar yoxlama aparılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 29 noyabr tarixində verir.

Belə ki, yoxlama zamanı obyektin qida təhlükəsizliyi qeydiyyatından keçmədən fəaliyyət göstərdiyi məlum olub. Həmçinin anbarda istifadə müddəti bitmiş, etiket məlumatları və müşayiətedici sənədləri olmayan məhsullar aşkarlanıb.

Etiket məlumatları və müşayiətedici sənədləri olmayan məhsullar:


  • Ümumi çəkisi 280 kq olan 28 qutu toyuq əti;

  • Ümumi çəkisi 30 kq olan 3 qutu toyuq ayağı;

  • Ümumi çəkisi 280 kq olan toyuq qanadı.


Müşayiətedici sənədləri olmayan məhsullar:

  • Ümumi çəkisi 1640 kq olan 164 qutu ”Belarus” əmtəə nişanlı toyuq əti;

  • Ümumi çəkisi 144 kq olan 18 qutu “Paim File” əmtəə nişanlı toyuq filesi;

  • Ümumi çəkisi 80 kq olan 8 qutu “Lebro” əmtəə nişanlı toyuq əti;

  • Ümumi çəkisi 80 kq olan 8 qutu “Zümrüd” əmtəə nişanlı toyuq əti;

  • 5,9 kq “Siyəzən Məhsulu” əmtəə nişanlı toyuq əti.


İstifadə müddəti bitmiş məhsullar:

  • 12,5 kq “Elle Vire” əmtəə nişanlı kərə yağı;

  • 3 kq “Siyəzən Məhsulu” əmtəə nişanlı toyuq sub məhsulu.


Məhsullardan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Müayinələr nəticəsində ümumi çəkisi 85,9 kq olan “Zümrüd “ və “Siyəzən Məhsulu” əmtəə nişanlı toyuq əti məhsulunda nəmliyin kütlə payının normadan artıq olduğu müəyyən edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq inzibati tədbir görülüb, istehlaka yararsız məhsulların satışa çıxarılmasının qarşısı alınıb, məhdudlaşdırıcı tədbirlərin tətbiqi barədə qərar qəbul edilib.

Son xəbərlər

İqtisadiyyat
Bu gün, 17:43

Dövlət Xidməti illik elektron pul köçürmələrində yeni həddi aylıq 50 min manata qaldırıb - YENİ QƏRAR

İqtisadiyyat
Bu gün, 17:15

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Bütün xəbərlər
Bu gün, 16:40

Lerikdə gənc müəllimlər arasında "Breyn Rinq" keçiriləcək

Bütün xəbərlər
Bu gün, 16:00

Lənkəran sakini Kiyevdə dron hücumunun qurbanı oldu

İdman
Bu gün, 15:15

Lənkəranda "İdman Həyətimdə" adlı kütləvi tədbir keçiriləcək

Cəmiyyət
Bu gün, 14:30

İgid şəhidimizin anım günüdür

Kriminal
Bu gün, 13:50

DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənildi

Bütün xəbərlər
Bu gün, 13:15

Kolleclərə qəbul olanların NƏZƏRİNƏ

Cəmiyyət
Bu gün, 12:40

Oktyabrın ilk gününə olan hava proqnozu açıqlanıb

Kriminal
Bu gün, 12:05

Lənkəranda qardaşların mülk davası: biri digər ikisini döydü

Bütün xəbərlər
Bu gün, 11:30

Bacısını görməyən şəhidimizin ad günüdür

Bütün xəbərlər
Bu gün, 10:55

Cəlilabad kəndində təhlükəli mənzərə: elektrik naqilləri yerə düşüb - VİDEO

Kriminal
Bu gün, 10:20

Lənkəranda kişi atasını qaynar su ilə yandırdı

Bütün xəbərlər
Bu gün, 09:40

Bəzi yerlərdə şimşək çaxıb, leysan olub - FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 09:05

Lənkəranın 6 kəndində qaz olmayacaq

Bütün xəbərlər
Bu gün, 00:05

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Kriminal
Dünən, 17:46

Başını divara çırpıb təpiklədi: keçmiş arvadı yenə də onu bağışladı

Bütün xəbərlər
Dünən, 17:15

Oktyabrda havanın orta aylıq temperaturu normadan bir qədər yüksək olacaq

Bütün xəbərlər
Dünən, 16:40

FHN: Bu il suda boğulma təhlükəsi ilə üzləşən 107 nəfər xilas olunub

Bütün xəbərlər
Dünən, 16:10

Lənkəranda hissedilən zəlzələ olub

Bütün xəbərlər
Dünən, 15:50

Putindən qərar: Azərbaycana 20 min manatdan çox pul aparmaq olmaz

Bütün xəbərlər
Dünən, 15:15

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Kriminal
Dünən, 14:40

Lənkəranda oğlan anasının sevgilisini gicgahından bıçaqladı

Cəmiyyət
Dünən, 14:13

Astaradan olan şəhidimizin xatirəsi anılır

Oxşar xəbərlər