Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Lənkəran və Masallı rayonlarında fəaliyyət göstərən heyvan kəsimi və ət satışı məntəqələrində bir sıra nöqsanlar aşkar olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 sentyabr tarixində verir.
Belə ki, Lənkəran rayonu, Şağlaser kəndində Əliyev Rafət Fedruz oğluna və Masallı rayonu, 20 Yanvar küçəsində Dadaşov Bürhan Abdul oğluna məxsus heyvan kəsimi və ət satışı məntəqələrində nöqsanlar aşkarlanıb və barələrində inzibati protokol tərtib edilib.