Bu il buraxılış və qəbul imtahanlarında yüksək bal toplayan iki lənkəranlı məzun Prezident təqaüdünə layiq görülüb.
Bunlar Lənkəran şəhər 6 nömrəli məktəb-liseyin məzunu Nəzrin Rəhimli və şəhər 4 nömrəli məktəb-liseyin məzunu Məcid Həbiblidir.
Qeyd edək ki, Nəzrin bu il keçirilən buraxılış-qəbul imtahanında lV qrup üzrə 677.8 bal toplayaraq Azərbaycan Tibb Universitetinin Tibb fakültəsinə, Məcid isə ll qrup üzrə 652.9 bal toplayaraq ADA Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olublar.
Mənbə: Bizim Lənkəran