Lənkəran sakinləri redaksiyamıza şəhər ərazisində olan sahibsiz itlərlə bağlı şikayət ünvanlayıblar.
Cenublu.az-a sakinlərin verdiyi məlumata görə, Lənkəran şəhər Nizami küçəsində sahibsiz itlərin çoxluğu narahatlıq doğurur.
Onların sözlərinə görə, küçədə heç olmasa 20-ə yaxın it olur. Onlar insanların üzərinə hücum edir və hətta dişlədikləri hallar da olub. Həmin heyvanların da peyvənd olunub-olunmadıqları bilinmir.