top
Lənkəran sakini yolun qanunsuz zəbt olunduğunu iddia edir
02 oktyabr 2023, 01:52
- ↺ +

Lənkəran sakini yolun qanunsuz zəbt olunduğunu iddia edir

Lənkəran şəhəri, Vasif Məmmədov küçəsinin sakini Rəşid Məmmədov Cenublu.az-a müraciət edərək bildirib ki, gediş-gəliş üçün istifadə etdiyi yol qonşusu tərəfindən qeyri-qanuni zəbt olunub.

Məsələ ilə bağlı Lənkəran şəhər İcra Hakimiyyətinə müraciət etdik. Qurumdan bildirildi ki, İcra Hakimiyyəti əməkdaşlarının, aidiyyəti mütəxəssislərin, özünün və ərazidə yaşayan torpaq mülkiyyətçilərinin iştirakı ilə araşdırma aparılıb:

“Müəyyən edilmişdir ki, şikayətçi Rəşid Məmmədov, qonşuları Cavahir Məmmədova və Asif Məmmədov uzun müddətdir sözügedən torpaq sahəsindən gediş-gəliş yolu kimi istifadə edirlər. Asif Məmmədov istifadəsində olan 0.04 ha həyətyanı torpaq sahəsində anbar tikintisi həyata keçirdikdən sonra Rəşid Məmmədov həmin anbarın müəyyən hissəsinin gediş-gəliş yolunun üzərində inşa edildiyini iddia etdiyindən tərəflər arasında narazılıq yaranmışdır.

Araşdırma zamanı Asif Məmmədovun istifadəsində olan 0.04 ha torpaq sahəsinin JN-1894A KOD:80201002 nömrəli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə ilə mərhum atası Məmmədov Dənizxan Hüseyn oğluna rayon Aqrar İslahat Komissiyası tərəfindən 1998-ci il tarixli, 10 saylı qərar ilə ayrıldığı müəyyən edilmiş, lakin vətəndaş həmin torpaq sahəsinə dövlət reyestrindən çıxarış əldə etmədiyindən torpaq sahəsinin naturada koordinatlarının dəqiqləşdirilməsi mümkün olmamışdır. Məsələnin qanunamüvafiq həllindən ötrü A. Məmmədova atası Dənizxan Məmmədova şəhadətnamə ilə ayrılmış 0.04 ha torpaq sahəsinə müvafiq çıxarış əldə etmək üçün Daşınmaz Əmlakın Dövlət Kadastr və Reyestri Publik Hüququ Şəxsin 10 saylı Ərazi İdarəsinə müraciət etməsi bildirilmişdir. Aidiyyəti mütəxəssislər tərəfindən anbarın tikintisi saxlanılmışdır. Eyni zamanda A.Məmmədova idarənin mütəxəssisləri tərəfindən ölçü işləri aparılan zaman qeyd olunan anbarın ümumi istifadə üçün ayrılmış torpaq sahəsinə düşəcəyi təqdirdə qanunamüvafiq tədbirlər görüləcəyi diqqətinə çatdırılmışdır. Tərəfimizdən Rəşid Məmmədova yuxarıda qeyd olunanlarla bağlı ətraflı məlumat verilmişdir”.

https://cenublu.az/storage/photos/2023/10/Cenublu-Logo-1x1_11.mp4

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:02

Ötən ay 6 min hektardan çox ərazi minalardan təmizlənib

Bütün xəbərlər
Bu gün, 17:15

"Son damla qanıma kimi döyüşəcəyəm" deyən şəhidimiz

İqtisadiyyat
Bu gün, 16:40

Masallıda 2 kəndin yolu yenilənib

Siyasət
Bu gün, 16:10

Yol polisi hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib

Bütün xəbərlər
Bu gün, 15:30

19 yaşlı şəhidimizin doğum günüdür

Cəmiyyət
Bu gün, 15:00

Azərbaycanda zəlzələ oldu

Bütün xəbərlər
Bu gün, 14:36

Milli Qəhrəmanın qardaşından Lerikdəki yolla bağlı müraciət

Bütün xəbərlər
Bu gün, 14:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 13:30

Gələn həftə Drakonid meteor yağışı olacaq

Bütün xəbərlər
Bu gün, 12:50

Oktyabrda 9 gün iş olmayacaq - TARİXLƏR AÇIQLANDI

Kriminal
Bu gün, 12:15

Lənkəranlı söyüşə görə qardaşını öldürüb - MƏHKƏMƏ

Bütün xəbərlər
Bu gün, 11:37

Vətən müharibəsi şəhidimizin ad günüdür

Kriminal
Bu gün, 11:00

Beynəlxalq axtarışda olan şəxs Polşada tutularaq Azərbaycana ekstradisiya edilib

Bütün xəbərlər
Bu gün, 10:26

Bu gündən əsgərlər ehtiyata buraxılır

Kriminal
Bu gün, 09:41

Masallıda qəza olub, iki nəfər ölüb

Bütün xəbərlər
Bu gün, 09:03

Sabirabadda panton körpünün üzərində hərəkət bərpa olunub

Bütün xəbərlər
Bu gün, 00:05

1 oktyabr 2020: Vətən Müharibəsinin beşinci günü

İqtisadiyyat
Dünən, 17:43

Dövlət Xidməti illik elektron pul köçürmələrində yeni həddi aylıq 50 min manata qaldırıb - YENİ QƏRAR

İqtisadiyyat
Dünən, 17:15

Bu qurumlarda işləyənlərin MAAŞLARI KƏSKİN ARTACAQ

Bütün xəbərlər
Dünən, 16:40

Lerikdə gənc müəllimlər arasında "Breyn Rinq" keçiriləcək

Bütün xəbərlər
Dünən, 16:00

Lənkəran sakini Kiyevdə dron hücumunun qurbanı oldu

İdman
Dünən, 15:15

Lənkəranda "İdman Həyətimdə" adlı kütləvi tədbir keçiriləcək

Cəmiyyət
Dünən, 14:30

İgid şəhidimizin anım günüdür

Kriminal
Dünən, 13:50

DTX tərəfindən saxlanılan Saleh Səmədova cəza istənildi

Oxşar xəbərlər