Lənkəran şəhər sakini dələduzluqda şübhəli bilindiyi üçün saxlanılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 6 oktyabr tarixində Daxili İşlər Nazirliyinə istinadən verir.
Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində müxtəlif vaxtlarda 6 nəfərin bank hesablarından 1626 manat pul oğurlamaqda və 2 nəfərə qarşı dələduzluq etməkdə şübhəli bilinən şəhər sakini T.Sadıxzadə saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.