Lənkəran şəhər 12 saylı körpələr evi-uşaq bağçası bərbad vəziyyətdədir. Bu haqda məlumatı Cenublu.az bu gün, 9 oktyabr tarixində verir.
Belə ki, bağçanın döşəməsi, demək olar ki, çöküb, divarları, tavanı və sanitar qovşağı pis vəziyyətdədir. Həmçinin bağçanın daxilində siçanlar gəzir. Bu hal isə balaca uşaqları qorxuya salır.
“Ümid edirik ki, aidiyyəti qurumlar bağçanın vəziyyətini görüb problemimizi həll edər”, – deyə bildirilib.
[URIS id=46102]