Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini - İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 sentyabr tarixində verir.
Taleh Qaraşovun sərəncamı ilə sözügedən vəzifəyə Ülviyyə Qalib qızı Əliyeva təyin olunub.
Qeyd edək ki, Ülviyyə Əliyeva Lənkəran-Astara Regional Təhsil İdarəsinin Lənkəran və Astara rayonu üzrə təhsil sektorunun müdiri vəzifəsində çalışıb.
Xatırladaq ki, sözügedən vəzifə Rəsilə Arifqızının 2022-ci ilin iyul ayında işdən azad olunduğundan bəri boş idi.