Lənkəran şəhər 1 nömrəli tam orta məktəbinin təmir işləri tamamlanıb və o, istifadəyə verilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 18 sentyabr tarixində verir.
Məktəbin açılış mərasimində Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov, Təhsil Nazirliyinin Təhsil islahatlarının əlaqələndirmə şöbəsinin müdiri Leyla Xəlilova, Heydər Əliyev Fondunun şöbə müdiri Elvin Aslanov və Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri Elxan Nəcəfov iştirak ediblər.
Qonaqlar 840 yerlik məktəbin idman zalına, sinif otaqlarına, 3 laboratoriyaya, 150 yerlik akt zalına və informatika otaqlarına baxış keçiriblər.
Qeyd edək ki, məktəbin təhlükəsizlik sisteminə xüsusi diqqət yetirilib, çoxsaylı kameralar quraşdırılıb. Məktəbin həyətyanı ərazisi abadlaşdırılıb, dekorativ kol və ağaclar əkilib, 1 açıq idman meydançası salınıb, ərazi müasir işıqlandırma sistemləri ilə təmin edilib.