Lənkəran rayonunun Qurumba kəndində yerləşən Lənkəran Regional “ASAN xidmət” mərkəzinə marşrut xətti açılıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 19 yanvar tarixində verir.
Belə ki, iş günləri saat 08:00-dan 18:00-dək işləyəcək 2 avtobus 30 dəqiqə intervalla hərəkət edəcək.
Avtobuslara “Böyük bazar”ın yanından minmək olar. Gediş haqqı 0,5 manat təşkil edir.