Lənkəran Peşə liseyinin tikintisi keçirilən zaman bədbəxt hadisə baş verib. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 dekabr tarixində Report.az-a istinadən verir.
Belə ki, lisey üçün inşa olunan binada fəhlə kimi çalışan Bakı sakini, 38 yaşlı Rəşid Şahbudaqov müvazinətini itirərək yerə yıxılıb.
O, dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər.
Faktla bağlı araşdırma aparılır.