Azərbaycanın rayon və şəhərlərində qeydiyyata alınmış işsiz şəxslərin sayı açıqlanıb. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 sentyabr tarixində verir.
Dövlət Statistika Komitəsinin verdiyi məlumata əsasən, ən yüksək işsiz sayı Bakıdadır – 40 832 nəfər. Sonrakı yerləri Ağdam rayonu, Sumqayıt şəhəri və Lənkəran rayonu tutur.
Belə ki, 2023-cü il sentyabrın 1-nə olan vəziyyətə görə, Lənkəranda ümumi qeydiyyata alınan işsizlərin sayı 5560 nəfərdir.
Qeyd edək ki, ölkə üzrə qeydiyyata alınmış ümumi işsizlərin sayı 235 882 nəfərdir.