Lənkəran, Masallı və Cəlilabadda yerləşən ticarət, istehsal və emal obyektləri Qida Təhlükəsizliyi Agentliyi tərəfindən nöqsanlar aşkar edildiyi üçün cərimələniblər. Bu haqda məlumatı Cenublu.az bu gün, 5 oktyabr tarixində quruma istinadən verir.
Belə ki, Masallı rayonu, Şərəfə kəndində Elvir Cabir oğlu Cəbrayılova məxsus müəssisə, Cəlilabad şəhəri, S.Vurğun küçəsi, ev 30a-da "Nur Bərəkət" MMC-yə məxsus şirniyyat sexi və Lənkəran şəhəri, 20 Yanvar küçəsində Asif Əlif oğlu Əkbərova məxsus müəssisədə sanitar norma və qaydaların pozulması aşkar olunub.
Sözügedən ticarət obyektlərinin sahibləri barəsində inzibati protokol tərtib olunub.