Lerikdə Lənkəran KOB İnkişaf Mərkəzi (KOBİM) tərəfindən ödənişsiz təlimlər keçirilib. Bu haqda məlumatı Cenublu.az bu gün, 11 sentyabr tarixində verir.
Belə ki, 9 sentyabr tarixində “Fandreyzinq fəaliyyəti” mövzusunda təlimdə 5 nəfər sahibkar və biznesə yeni başlamaq istəyən şəxs, 10 sentyabr tarixində keçirilən “Digital marketinqdə kontent yaratma üsulları” adlı təlimdə isə 4 nəfər sahibkar iştirak ediblər.
Qeyd edək ki, təlimlər Lənkəran KOBİM-in ekspertləri tərəfindən keçirilir və sonda mövzular ətrafında müzakirələr aparılır, iştirakçıların sualları cavablandırılır.