Lənkəran rayon icra hakimiyyəti başçısı Taleh Qaraşov rayonun Şiləvar kəndi ərazisində yerləşən "Yeni qəbiristanlıq" ərazisinə baş çəkib.
Cenublu.az xəbər verir ki, rayon başçısı qəbiristanlıq ərazisində yığılan yağış sularının məzarlıq ərazisindən kənarlaşdırılması işləri ilə maraqlanıb. Görülən tədbirlərin sürətləndirilməsi məqsədi ilə rayon rəhbəri öz tapşırıqlarını verib.
Qeyd edək ki, Lənkəranda yağan intensiv yağışlar nəticəsində qəbiristanlıq ərazisinə su dolub, onlarla qəbirə ziyan dəyib.