Lənkəran Gənclər Evində 27 Sentyabr – Anım Günü münasibətilə gənclərlə vətənpərvərlik mövzusunda tədbir baş tutub. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 sentyabr tarixində verir.
Tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirin sonunda Azərbaycanın qəhrəmanlıq salnaməsindən bəhs edən film iştirakçılar tərəfindən izlənilib.
Qeyd edək ki, tədbir Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsi və Lənkəran Gənclər Evinin birgə təşkilatçılığı ilə baş tutub.