Lənkəranda yerləşən marketlərdən biri cərimələnib. Bu haqda məlumatı Cenublu.az bu gün, 27 sentyabr tarixində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə istinadən verir.
Belə ki, AQTA tərəfindən etiketlənməyə dair tələblər pozulduğuna görə Tağıyev küçəsi, 84 ünvanında yerləşən “Fədək” marketin sahibi Habil İbrahim oğlu Şirməmmədov barəsində inzibati protokol tərtib olunub.