Sakinlər tərəfindən sosial şəbəkələrdə Lənkəran rayon Boladi kənd məktəbinin təmirsiz otaqlarının görüntüləri paylaşılıb.
Cenublu.az məlumat verir ki, idman zalının acınacaqlı vəziyyətdə olduğunu nümayiş etdirən fotolarla yanaşı məktəbin bütünlüklə təmirsiz halda olduğu bildirilib.
Bundan əlavə, kəndin 3 məktəbinin heç birində istiliyin olmadığı da vurğulanıb.