Lənkəran-Astara Regional Təhsil İdarəsinin inzibati binasında vətəndaşların qəbulu təşkil olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 noyabr tarixində verir.
Görüşdə vətəndaşlar işlə təmin olunma, dərs yükü, əvəzçiliklə iş və digər mövzularla bağlı müraciət ediblər. Onların bəzi şikayətləri yerindəcə həllini tapıb, digər məsələlərin həlli istiqamətində isə müvafiq göstərişlər verilib.
Qeyd edək ki, idarənin məsul əməkdaşları tərəfindən həftəiçi hər gün vətəndaş qəbulu 09:00-dan 18:00-dək, Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri tərəfindən isə hər həftənin çərşənbə günü 15:00-dan 18:00-dək keçirilir.