Saat 15:30-a olan məlumata əsasən, ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti davam edir.
Cenublu.az-a Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisində müşahidə olunan yağıntılı və küləkli hava şəraiti fevralın 10-dək davam edəcək.
Belə ki, Astarada yağış yağır. Lerikdə isə duman müşahidə olunur. Dumanda görünüş 1000 metrədək məhdudlaşıb.
Dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 11 dərəcəyədək şaxta qeydə alınıb.