top
Kişi ona siqaret pulu verməyən arvadını döydü
09 dekabr 2025, 02:40
- ↺ +

Kişi ona siqaret pulu verməyən arvadını döydü

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bakının Xətai rayonunda yaşayan 29 yaşlı Cəlilabad sakini Yəhya ailə münaqişəsi zamanı həyat yoldaşı Süsənə xəsarət yetirib. Hadisə onların mənzilində gecə saat 00:20 radələrində baş verib.

Demokrat.az xəbər verir ki, aralarında yaranmış mübahisə zamanı o, qəsdən əl zərbələri ilə baş və bədəninin müxtəlif nahiyələrinə vurmaqla qadını döyüb.

Hadisəni törədən Yəhyanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. O, ifadəsində son bir ay yarım işsiz olduğunu, maddi problemlərin ailədə tez-tez mübahisələr yaratdığını qeyd edib.

Təqsirləndirilən şəxs qeyd edib ki, o, hadisədən əvvəl həyat yoldaşından niyə günorta vaxtı ona 2 manat göndərmədiyini soruşub. O, həmin gün Süsənə mesaj yazaraq siqaret almaq üçün pul istədiyini, həyat yoldaşının isə “pulum yoxdur” cavabı verdiyini bildirib. Süsən evə qayıtdıqdan sonra da mübahisə davam edib. Kişinin ifadəsinə görə, Süsən ona işləməsini və özünün pul qazanmasını deyib. Bu sözlər gərgin müzakirəni daha da gücləndirib.

Əsəbiləşən Yəhya arvadını qonaq otağında əl zərbələri ilə vuraraq baş və bədən nahiyələrinə xəsarət yetirib. Süsən evdən qaçaraq aşağı düşüb və polis əməkdaşları ilə birlikdə mənzilə qayıdıb.

Xətai Rayon Məhkəməsində məlum olub ki, tərəflər barışıb və zərərçəkmiş şikayətindən imtina edib. Bununla bağlı Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq olunub və Yəhya cinayət məsuliyyətindən azad edilib. Onun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və o, məhkəmə zalından azad edilib.

Qeyd edək ki, adlar şərtidir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər