Dekabrın 9-u balıq tutmaq məqsədi ilə Astara rayonunun Şahağac kəndi ərazisində Xəzər dənizinə çıxan və itkin düşmüş hesab edilən balıqçılar Turan Həsənov və Ağadədə Həsənovun axtarışlarına helikopter cəlb olunub.
Cenublu.az xəbər verir ki, artıq Fövqəladə Hallar Nazirliyinə (FHN) məxsus helikopter ərazidə axtarışlara başlayıb.
Qeyd edək ki, Ağadədə Həsənov bir həftə əvvəl ata olub. Turan Həsənov isə təxminən 3 həftə öncə ailə qurub.