top
İslamda cümə axşamı və 40 mərasimi yoxdur - Şeyxin müavini
29 yanvar 2025, 07:30
- ↺ +

İslamda cümə axşamı və 40 mərasimi yoxdur - Şeyxin müavini

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Füzuli rayonunda vəfat edən mərhumların yas mərasimlərinə daxil olan cümə axşamlarının ləğv edilməsi bu məsələyə dair müzakirə yaradıb. Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin son iclasında da yas mərasimindəki bəzi addımlardan danışılıb.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Bəxtiyar Nəcəfov Modern.az-a yas mərasimlərilə bağlı mövzudan danışıb.

O bildirib ki, İslamda ilk gündən ölü üçün 3 gün yas saxlanılıb.

Onun sözlərinə görə, Qafqaz Müsəlmanlar İdarəsinin Qazılar Şurası yas mərasimlərinin sadələşdirilmiş formada və israfsız keçirilməsi ilə bağlı fətva verib.

“İslamın ilk günlərindən ölü üçün 3 gün yas saxlanılıb. Cümə axşamları, 40 kimi mərasimləri zamanla bağlı formalaşdırmışıq. Nə zamansa bəlkə də cümə axşamlarına ehtiyac varmış. Çünki biz 70 il sovetlər dövlətinin tərkibində yaşamışıq. Allahdan, Qurandan bizi kənarda saxlayıblar, öz dinimizlə maraqlanmağa qoymayıblar. Cümə axşamları dindarlığın saxlanılması, dinimizin təbliği üçün vasitə olub. Yəni din adamları heç olmasa yas mərasimlərində Allahın ayələrini çatdırmağa çalışıblar. Ola bilsin ki, o zaman cümə axşamlarına ehtiyac vardı. Amma indi şükür Allaha, elm inkişaf edib, İlahiyyat İnstitutumuz, alimlərimiz var. Sosial şəbəkələrdə hər kəs dindən danışa bilər. Hamı dini məlumatları sürətli formada əldə edə bilir. Onun üçün də artıq cümə axşamları mərasimləri ixtisara salınsa, daha yaxşı olar. Dinimiz də bunu bəyənir ki, 3 gün yas olsun”.

QMİ sədrinin müavini vurğulayıb ki, təkcə yasdakı deyil, toydakı israfdan da danışılmasına ehtiyac var:

"Bu gün onun tərəfdarıyıq ki, bəzi israfdankənar məclislərimizin İslama uyğun keçirilməsi, islami qaydalara uyğun təşkil olunması vacibdir. Allahdan arzumuz cəmiyyətdə olan müəyyən iqtisadi nöqteyi-nəzərdən israfçılıq olmamasıdır. Dinimizin gözəlliyi ondadır ki, zamanla ayaqlaşa bilir. İşlərimizi Quranın bizə buyurduğu kimi  etməliyik. Nəinki yas mərasimləri, bu elə bizim toylarımıza da aiddir. Orada daha çox israfçılıq var. Bir nəfər müğənniyə 15 min manat verib toya gətirirlər. Valideyn övladının xoşbəxtliyi üçün nə qədər xərc çəkir. Allah bütün gənclərimizi xoşbəxt eləsin! Amma toylarımızda da israfın aradan qaldırılmasından danışılsa, nə gözəl olar. Bəli, yas mərasimlərində israfçılıq var. Lakin eyni zamanda toylarda da,təəssüf ki, israfçılıq baş alıb gedir. Biz QMi olaraq israfçılıq əleyhinəyik. Hər şey ixtisarlaşmış formada olsun. Amma dini dəyərlərimizə toxunmamaq şərtilə. Dinimizin əsas ehkamlarına riayət edilməlidir".

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər