Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Lənkəran” sərhəd dəstələrinin xidməti ərazisində narkotik vasitələrinin qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb. Bu barədə Cenublu.az bu gün, 11 sentyabr tarixində Dövlət Sərhəd Xidmətinə istinadən bildirir.
Sentyabrın 8-i saat 10:55-də “Lənkəran” sərhəd dəstəsinin Astara rayonunun yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində ümumi çəkisi 970 qram narkotik vasitələr (430 qram tiryək, 540 qram heroin) aşkarlanıb.