Astarada keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində narkotik vasitələr aşkar olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 30 oktyabr tarixində Report-a istinadən verir.
DSX-nin Mətbuat Mərkəzinin məlumatına əsasən, “Lənkəran” sərhəd dəstəsinin Astara rayonu, Sım kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində narkotik vasitənin qaçaqmalçılıq yolu ilə İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb. Burada 52 kiloqram 875 qram narkotik vasitə və 9980 ədəd psixotrop tərkibli Metadon M-40 həbi tapılıb.
Faktla bağlı tədbirlər davam etdirilir.