top
İnsanların lazımi pensiya kapitalını yığa bilməsi üçün hansı dəyişikliklərə EHTİYAC var? - AÇIQLAMA
02 yanvar 2025, 06:58
- ↺ +

İnsanların lazımi pensiya kapitalını yığa bilməsi üçün hansı dəyişikliklərə EHTİYAC var? - AÇIQLAMA

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Azərbaycanda gələn il üçün əmək pensiyasının minimum məbləği artırılıb. Prezident İlham Əliyevin Sərəncamına əsasən, əmək pensiyasının minimum məbləği 320 manat olacaq.

 Hər il əmək pensiyaları indeksləşdirilir və minimum məbləği artırılır. Lakin qanunvericiliyə uyğun olaraq, bununla yanaşı minimum pensiya kapitalı da artır. Yəni “Əmək pensiyaları haqqında” Qanunun 29.1-1 maddəsində qeyd olunur ki, sığortaolunanların fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı ildə bir dəfə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq indeksləşdirilir.

 Hazırda minimum pensiya 280 manat olduğundan, minimum pensiya kapitalına dair tələb 40 min 320 manatdır. Gələn il minimum məbləğ 320 manat olduğundan, minimum pensiya kapitalı da avtomatik olaraq artaraq 46 min 80 manat olacaq. Yəni yaşa görə pensiyaya kapital hesabına çıxmaq istəyənlər həmin məbləğdə pensiya kapitalına sahib olmalıdırlar.

 Hər il bu tendensiya ilə pensiya kapitalının artdığını nəzərə alsaq, pensiyaya çıxmaq üçün tələb olunan kapitalı yığmaq çətinləşir. Belə ki, ölkəmizdə bu il minimum əməkhaqqı 345 manat idi, indi artırılaraq 400 manat olub. Bu artım insanların rifahının yaxşılaşdırılması üçün müsbət addım olsa da, bir çox sahələrdə minimum əməkhaqqı alanların heç vaxt lazım olan pensiya kapitalını yığmayacağı anlamına gəlir. Yəni əməkhaqları, gəlirlər çox olduğu halda bu kapitalı yığmaq mümkündür. Ölkədə minimum və ya ona uyğun məbləğdə əməkhaqqı alan xeyli sayda şəxs var.

 Bəs başqa ölkələrin təcrübələri necədir? İnsanların pensiya kapitalını yığması üçün hansı dəyişiklərə, addımlara ehtiyac var?

 Mövzuya münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli Bizim.media-ya deyib ki, bununla bağlı qanunvericilikdə dəyişiklik olunmalıdır:

 “Azərbaycanda bir alqoritm var. Ölkədə minimum təqaüd artan kimi qanunvericilikdə bir bağlantı var ki, o, işə düşür. Minimum təqaüd 144 aya vurularaq kapitalın minimum yığım hissəsi təsbit olunur. Bizdə problem bununla bağlıdır. Minimum təqaüd 280 manat idi, indi 320 manat oldu.  Bəlkə, gələn il 400 manat olacaq. Hər dəfə minimum təqaüd artdıqca kapitalın yığım hissəsi qanunvericiliyə uyğun olaraq avtomatik artır. Bu, doğru bağlantı deyil, qanundan bu çıxarılmalıdır. Bununla bağlı qərar verilsə, yaxşı olar. Qanunvericilikdə bu aradan qaldırılsa, vətəndaşların o minimum hissəni yığma şansları arta bilər”.

 

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər