top
İnsanlar niyə zorakılıq edirlər? – Ekspertlərdən AÇIQLAMA
19 fevral 2025, 07:25
- +

İnsanlar niyə zorakılıq edirlər? – Ekspertlərdən AÇIQLAMA

Ötən il Azərbaycanda gender əsaslı zorakılığa məruz qalan 58 kişi tərəfdən müraciət daxil olub.

Bununla bağlı məlumat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə hesabatında öz əksini tapıb.

Məlumatda qeyd olunub ki, 2024-cü ilin yanvar-dekabr aylarında 860 gender əsaslı zorakılıqla bağlı Dəstək Xəttinə 330 müraciət daxil olub. Onlardan 58-i kişi, 272-si isə qadınlar tərəfindən edilib.

Onlardan 205 nəfəri Bakıdan, 125-i isə regionlardan müraciət edib:

“137 evli, 140 subay, 53 boşanmış şəxsin müraciəti daxil olub. Həmin şəxslərdən 64-ü ali təhsilli, 177-si orta, 89-u isə təhsilsiz insanlardır. 77 nəfər 0-18 yaş aralığında, 145 nəfər 19-35, 80 nəfər 36-55, 28 nəfər isə 56+ yaş aralığında olan şəxslərdir”.

Bəs, görəsən, insanlar niyə bir-birilərinə qarşı zorakılıq edirlər? Səbəbi nədir?

Mövzu ilə bağlı Bakuplus.az-a açıqlama verən sosioloq Mail Yaqubovun sözlərinə görə, ilk növbədə mənəviyyat məsələsi güclənməli, ikinci isə – sosial problemlər azalmalıdır:

“Bunun əsasında təbii ki, mənəviyyatsızlıq dayanır. Mənəviyyatlı insan başqasına qarşı güc və ya zor tətbiq etməz və şiddət göstərməz. Bu, əsas məsələdir. İkinci məsələ sosial problemlərdir. İnsan sosial problemlərdən cana yığılır, həyatdan bezir və qarşısındakından acığını çıxır. Güclünü yox, gücsüzü əzməyə çalışır. İnsan psixologiyası belədir. Özündən zəifə qarşı güc tətbiq etməyə çalışır.

Ona görə də bu kimi problemləri azaltmaq üçün biz həmin o iki əsas amili aradan qaldırmalıyıq. Bir – mənəviyyat məsələsi güclənməlidir, ikinci – sosial problemlər azalmalıdır. İnsanlar sosial problemlər zamanı özlərini itirirlər”.

Psixoloq Aytən Ələkbərli isə qeyd edib ki, insanlar arasında gender zorakılığı baş verirsə, demək ki, bu insanlar bir-birini dinləməyi bacarmırlar:

“Bu kimi hallar daha sonradan fiziki zorakılığa gətirib çıxara bilir. İnsanlar bir-birini dinləyib, anladıqları zaman hər şey normallaşır. Onların düşüncələri bir-birilərini tamamlayırsa, psixi ruhları uyğun olarsa, təbii ki, zorakılığa gətirib çıxaracaq məqamlar olmayacaq.

Bu gün cəmiyyətdə hər beş nəfərdən üçü antidepresant qəbul edir. Özlərini daha sağlam hiss etmək üçün bunu edirlər. Bəsit nələrinsə öhdəsindən gələ bilməmək sonunda fiziki zorakılığa gətirib çıxarır. Avropada hər altı aydan bir insanlar psixoloqun müayinəsindən keçirlər”.

Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Hüquqi təminat şöbəsinin Məişət zorakılığının qarşısının alınması sektorunun məsləhətçisi İradə Məmmədova isə statistik göstəriciləri açıqlayıb:

“Gender əsaslı zorakılıq ilə bağlı “860” dəstək xəttinə 2024-cü il ərzində 330 zəng daxil olub. Bu zənglərin 58-i kişi tərəfindən, 272 nəfər isə qadın tərəfindəndir. Hər il dövlət komitəsinə məişət zorakılığı ilə bağlı müraciət daxil olur. 2023-cü ildə müraciətlərin sayı 560 idisə, 2024-cü ildə müraciətlərin sayı 594 olub.

Məişət zorakılığına məruz qalanlardan 52-i kişi, 534-ü qadın və 436-ı uşaq olub. 52-i kişi həm psixi, həm də iqtisadi zorakılığa məruz qalıb. Övladları ilə ünsiyyət tələbi ilə, uşaq tələbi və uşaqların anaları tərəfindən zorakılığa məruz qalması ilə olan müraciətlər olub. Zorakılığı törədənlərin 555-i kişi, 252-i qadın olub. Məişət zorakılığının da dörd əsas növü vardır: psixi, fiziki, iqtisadi və cinsi. Qeydə alınan zorakılıqların 136-ı psixi, 403-ü fiziki, 5-i iqtisadi, 10-u isə cinsi zorakılıqdır”.

“Məişət zorakılığı ilə bağlı hər il Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə müraciətlər daxil olur. Daxil olan hər bir müraciət nəzarətə götürülür. Zərərçəkmiş şəxslərə dəstək məqsədi ilə dövlət orqanları arasında əlaqələndirmə həyata keçirilir. Cinayət tərkibin əlamətləri olmadığı halda yerli icra hakimiyyəti orqanı tərəfindən şikayətə baxılır. Şikayətdə törədilmiş və ya hazırlanan cinayətlər haqqında məlumatlar olduğunda həmin şikayətlərə Cinayət Məcəlləsi və qanunvericilikdə müəyyən edilmiş qaydada baxılır.

Məişət zorakılığı ilə bağlı müraciət edilən vaxtdan 24 saat keçənə qədər zorakılığı törədən şəxsə xəbərdarlıq edilir. Zərərçəkmişə dərhal 60 gün müddətinə qədər qısa müddətli mühafizə orderi verilir. Məişət zorakılığını törədən şəxs verilən xəbərdarlığa və qısa müddətli mühafizə orderinin tələblərinə əməl etmədikdə zərərçəkmiş şəxsin özü və ya müvafiq yerli icra hakimiyyəti orqanı və ya prokurorluq tərəfindən uzun müddətli mühafizə orderi verilməsi üçün məhkəməyə müraciət edilə bilər. Uzun müddətli mühafizə orderinin müddəti isə 60 gündən 180 günə qədərdir. Zərərçəkmiş şəxs dövlət vəsaiti hesabına hüquqi yardım və sığınacaqla da təmin oluna bilər”, – deyə İ.Məmmədova fikrini tamamlayıb.

Nəzrin Vahid 

 

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 18:00

Deputat tıxacların səbəbini açıqladı - rayondan gələnlər…

Bütün xəbərlər
Bu gün, 17:10

Şəhid Sahil Babayevin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 16:30

Masallıda qanunsuz toyuq kəsimi sexləri aşkarlandı

Bütün xəbərlər
Bu gün, 15:55

Cəlilabaddakı Zəvvar ovçuluq təsərrüfatında yanğın başlayıb

Bütün xəbərlər
Bu gün, 15:10

Sütəmürdov körpüsünün altı zibilliyə çevrildi - VİDEO

Bütün xəbərlər
Bu gün, 14:30

İranın Ali Milli Təhlükəsizlik Şurası Rəşt-Astara dəmir yolunun tikintisi üzrə razılaşmanı təsdiqləyəcək

Cəmiyyət
Bu gün, 13:50

Astarada əmək yarmarkası keçiriləcək

Bütün xəbərlər
Bu gün, 13:10

Sabah hava necə olacaq?

Bütün xəbərlər
Bu gün, 12:30

FHN: Ötən həftə 442 yanğına çıxış olub, 11 nəfərin meyiti tapılıb

Kriminal
Bu gün, 11:45

Lerikdə 15 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 11:15

Cəlilabadda itkin düşən şəxs qisas üçün öldürülübmüş – 7 il sonra üstü açıldı

Bütün xəbərlər
Bu gün, 10:45

Salyanda yol qəzasında ana və 2 azyaşlı övladı yaralanıb

Bütün xəbərlər
Bu gün, 10:15

Sabirabadda yol qəzasında bir ailənin üç üzvü xəsarət alıb

Bütün xəbərlər
Bu gün, 09:46

Cəlilabadda qədim ocaq yerləri aşkarlandı

Kriminal
Bu gün, 09:07

"Kahı" və "kərəviz" yükündə 79 kq narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Dünən, 00:01

Bu gün Azərbaycanda Dövlət Suverenliyi Günüdür

Bütün xəbərlər
19 sentyabr 2026, 18:17

Prezidentin sosial media hesablarında 20 Sentyabr - Dövlət Suverenliyi Günü ilə bağlı paylaşım edilib

Bütün xəbərlər
19 sentyabr 2026, 17:41

Lənkəranda məktəb və bağça yolunu küçə itləri zəbt edib

İqtisadiyyat
19 sentyabr 2026, 17:00

Azərbaycanda ayaqqabı istehsalı artıb

İdman
19 sentyabr 2026, 16:15

"İmişli" ötən ay vidalaşdığı Ronaldo Souzanı yenidən heyətinə qatıb

Kriminal
19 sentyabr 2026, 15:30

Polis 40 kiloqramdan artıq narkotik vasitə aşkarladı

Kriminal
19 sentyabr 2026, 14:50

Ötən gün axtarışda olan 159 nəfər saxlanılıb

Bütün xəbərlər
19 sentyabr 2026, 14:10

İgid şəhidimizin doğum günüdür

Kriminal
19 sentyabr 2026, 13:34

Ötən gün vətəndaşlarda qanunsuz saxlanılan 16 tüfəng aşkarlanıb

Oxşar xəbərlər