Konstitusiya Məhkəməsi prezident seçkilərinin nəticəsini təsdiq edib. Bu haqda məlumatı Cenublu.az bu gün, 13 fevral tarixində verir.
Məhkəmənin qərarı ilə MSK-nın yekun protokoluna əsasən, İlham Əliyev 92,12 faiz səslə prezident seçkilərində qalib gəlib.
Qeyd edək ki, Konstitusiyanın 103-cü maddəsinə uyğun olaraq, 3 gün ərzində Prezidentin andiçmə mərasimi keçiriləcək.