top
“İlahi, məni apar, Hacı Şahin qalsın” – Bloqer Pərvin Cəfərzadə ilə ÖZƏL MÜSAHİBƏ
26 noyabr 2024, 03:55
- ↺ +

“İlahi, məni apar, Hacı Şahin qalsın” – Bloqer Pərvin Cəfərzadə ilə ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Cenublu.az tanınmışlarla silsilə müsahibələrini davam etdirir. Saytımızın bugünkü müsahibi sosial şəbəkələrdə gülməli videoları ilə tanınan lənkəranlı Pərvin Cəfərzadədir.

Onunla müsahibəni təqdim edirik:

- Pərvin bəy, öncə özünüzü təqdim edin. 

- Pərvin Cəfərzadə. Lənkəran rayonunun Separadi kəndində anadan olmuşam. Həmin kəndin orta məktəbində təhsil almışam.

- Məzəli, insanların ruhunu oxşayan, kefini açan videolar hazırlamağa necə başladınız? İlk dəfə bu sahəyə qədəm qoymağa necə qərar verdiniz?

- Çəkdiyim videolar mənim iç dünyamdı. Elə özüm də eynən videolardakı kimiyəm. İlk dəfə “Sony Ericsson K750” telefonu əlimə düşdü. İçimdə olan bu potensialı ortaya qoymağa başladım. Haradasa, 2007-ci il idi. Çəkdiyim videoları “bluetooth”la bir-birimizə ötürürdük.

- Yaxınlarınızın, çevrənizin bu qərarınıza reaksiyası necə oldu?

- Dostlarım bu qərarımla tam razı idi. Məni dəstəkləyirdilər. Amma qohum, ailə narazılığını bildirirdi. Böyüklər “Bu nə videodu çəkirsən? Kənd yeridi, eləmə” deyirdilər. İndi hamısı çox hörmət, ləzzətlə qarşılayırlar.

- Videolarınızın mövzularını necə seçirsiniz? Hansısa konkret hadisədən ilham alırsınız? Ya sakit bir guşəyə çəkilib düşüncələrə varırsınız ki, nə çəkim?

- Videoları çəkmək üçün ilham gəlir. Hansısa hadisəni görürəm, deyirəm ki, bunun videosu mütləq olmalıdır. Elə beləcə çəkirəm.

- Yaradıcılığınızı təsir edən komediyaçı və ya bloqerlər varmı?

- Mən 2007-ci ildən belə vloqlar çəkməyə başlamışam. Hələ o zamanlar smartfonlar yox idi. Ona görə də təsirləndiyim biri yox idi. Amma indi son vaxtlardı Cem Yılmazı izləyirəm. Komediya ustası kimi çox xoşuma gəlir

- Videolarınızın hazırlıq mərhələsi necə gedir? Bir video yaratmaq nə qədər vaxtınızı alır?

- Mənim üçün bir videonu çəkmək çox asandı. 1-2 dəqiqəyə çəkilir, 5-10 dəqiqə montaj olunur və… hazırdır! Mənim üçün çox rahat və tez olur.

- İzləyicilərinizin reaksiyaları haqqında nə düşünürsünüz? Hansı tip şərhlər sizə daha çox zövq verir?

- İnsandan insana fərq var. Adam var sənin çəkdiyin videonun məğzini anlamır. Elə baxan kimi şərh yazır. Sonra izah edəndə başa düşürlər. Amma əksər izləyicilərim var ki, onlar videoya baxan kimi anlayırlar. Elə rəy yazırlar ki, adamın ürəyini oxşayır.

- Komediya və gülüşün sosial rolunu necə qiymətləndirirsiniz? Videolarınızla cəmiyyətə hansı mesajı vermək istəyirsiniz?

- Mənim istiqamətim xüsusilə komediya janrındadır. Çünki bir dəfə gündəm məsələ ilə əlaqəli mövzunu çox ciddi şəkildə, yazı formasında yazmışdım. Nə qədər irad gəldi bu yazıma! Daha sonra həmin mövzunu yumoristik video ilə çəkdim. İzləyicilərim razı qaldı, çox bəyəndilər. Yəni komediya janrı insanlara bir çox mesaj verir. Mənim videolarımın 90%-nin subliminal mesajı olmalıdır. Bunun üstündə də çalışıram.

- Bundan sonra hansı yeni layihələr üzərində işləməyi planlaşdırırsınız? Gələcəkdə videolarınızın mövzusunu necə inkişaf etdirmək istəyirsiniz?

- Yeni layihələri zaman, gündəm göstərər. Bəli, yaxın müddətdə zibil aksiyaları, ehtiyacı olan ailələrə yardım kampaniyaları barədə layihələrim var. Başqa layihələri isə zaman göstərəcək.

- Elə hal olubmu ki, hansısa videonu hazırlayasınız, amma sonra yayımından vaz keçəsiniz? Olubsa, səbəbi nə idi?

- Belə bir halla heç bir zaman qarşılaşmamışam. Çünki mən min ölçüb, bir biçirəm. Cəmiyyətə hansı sözü demək, insanlara nəyi təqdim etmək lazım olduğunu yaxşı düşünürəm.

“Facebook”da bəzən hansısa bir mövzu barədə insanların fikrini öyrənmək üçün qısa status yazmışam. 15 dəqiqə gözlədikdən, insanların fikrini öyrəndikdən sonra silmişəm. Bu da yazı formatında olub, video formatında yox.

- Bildiyimizə görə, din sizin həyatınızda önəmli yer tutur. Videolarınızı ərsəyə gətirəndə İslamın tələblərini və qadağalarını pozmamaq üçün çoxmu əziyyət çəkirsiniz?

- Mən həmişə dinin içərisində yer tutmaq istəmişəm. Axı müsəlmanam. Bu barədə də çətinlik çəkmirəm. Çünki maksimum dərəcədə İslamın halallarını, haramlarını öyrənməyə çalışıram. Buna görə də qaydaları qoruya bilirəm.

- Sizin paylaşımları izlədikdə mərhum Hacı Şahin Həsənliyə rəğbətiniz və bağlılığınız aşkar sezilir. Sizin üçün Hacı Şahin kim idi?

- Mərhum Hacı Şahinə rəğbətimi ifadə edə bilmərəm. Çox çətin bir sualdır. Hərdən “Məni niyə yetim qoyub getdin, ata” yazıram. Deyirlər ki, sənin atana nə gəlib? Hacı Şahin mənim mənəvi atam idi. Yol göstərən idi.

Hacı Şahin ən çətin anımda danışmağa adam axtardığım vaxt üz tutduğum biri idi. O, Allah tərəfindən verilən bir nemət idi, əlimizdən çıxıb getdi.

- Onun üçün çoxmu darıxırsınız? İndi onunla görüşmək imkanınız olsaydı, qısa və lakonik, ona nə deyərdiniz?

- Hacının ölüm xəbərini eşidəndə dedim ki, “İlahi, dəyişdirmək olarmı? Məni apar, o qalsın. İnsanlarımıza çox lazımdı”. Onu görmək şansım olsa, qısaca “Hacı, sizi çox istəyirəm” deyərdim.

- Yeni başlayan bloqerlərə və ya komediya videoları hazırlamaq istəyənlərə nə kimi məsləhətlər verərdiniz?

- Yeni başlayan komediyan, bloqerlərə, ictimai fəallara onu demək istəyirəm ki, milli, dini, mənəvi dəyərlərimizi tapdalamadan nə çəkirsinizsə, çəkin. Bu, mənə görə çox vacibdir. Bu həddi aşmadan video çəkə bilərlər. İnsanı günah xəcalət edər. Günahın yoxdursa, yolun açıqdır.

 

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər