top
İçmə, işlə, pul qazan, uşaqlara geyim al dedim - Masallıda ailə faciəsi
07 dekabr 2024, 02:03
- ↺ +

"İçmə, işlə, pul qazan, uşaqlara geyim al dedim" - Masallıda ailə faciəsi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Masallı rayonunda 1972-ci il təvəllüdlü Abbas şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Samirəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 

Demokrat.az xəbər verir ki, hadisə 1 sentyabr 2024-cü ildə, saat 9 radələrində Masallı rayonunun kəndində baş verib. 

Abbas yaşadığı fərdi yaşayış evində arvadı Samirə ilə aralarında yaranan ailə məişət zəminində baş vermiş mübahisə zamanı sonuncunun ona spirtli içki qəbul edib ailəsinin qayğıları ilə məşğul olmaması barədə iradlarını bildirməsi səbəbindən onun sifət və bədənin müxtəlif nahiyələrindən qəsdən əlilə, təpiklə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.

Hadisəni törədən Abbasın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Abbas ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Samirə ilə 2009-cu ildə evlənərək birlikdə yaşamağa başlayıblar: “Birgə nikahdan iki uşağımız var. Spirtli içki qəbul etdiyim üçün Samirə ilə aramızda müxtəlif vaxtlarda mübahisələrimiz olub. Sentyabrın 1-də, saat 9 radələrində yaşadığımız evdə olarkən Samirədən nə üçün uşaqlara məktəb geyimi almadığını soruşdum. Samirə mənə “araq içmə, get işlə, pul qazan, uşaqlara geyim al, sən kişi olsaydın, arağa verdiyin pul ilə gedib evə ərzaq alardın” dedi. Samirənin bu sözünə əsəbiləşdim və Samirəni əlimlə sifətinə, təpiklə bədəninin müxtəlif nahiyələrindən vurmağa başladım. Sonra Samirə məndən kənarlaşdı, evin digər otağına keçdi. Mən də evdən çıxaraq getdim”.

İş üzrə zərərçəkmiş qismində ifadə verən Samirənin sözlərinə görə, əri Abbasla yaşadığı müddət ərzində sonuncu hər gün spirtli içki qəbul etdiyi üçün aralarında müxtəlif vaxtlarda mübahisələri olub: “Sentyabrın 1-də, saat 9 radələrində evdə olarkən Abbas məndən nə üçün uşaqlara məktəb geyimi almamağımı soruşdu. Mən də Abbas araq içməməsini, gedib işləyib pul qazanaraq uşaqlarına özünün geyim almasını bildirdim. Bu sözlərimdən sonra Abbas əli ilə sifətimə və təpiklə bədənimin müxtəlif nahiyələrindən vurmağa başladı. Abbasın vurduğu zərbələrdən ağrı hiss edərək yaşadığım evin digər otağına keçdim. Abbas isə evdən çıxaraq getdi. Sonra mən qardaşım oğlu Rəsula zəng edərək bizə gəlməsini dedim. 2-3 dəqiqə sonra Rəsul bizə gəldi. Həmin vaxt Rəsul məndən nə baş verdiyini soruşdu. Mən də Abbas tərəfindən döyüldüyümü dedim. Sonra Rəsulla birlikdə xəstəxanaya getdim. Xəstəxanada həkimlər tərəfindən mənə ilkin tibbi yardım göstərildi. Sentyabrın 3-də Masallı rayon Polis Şöbəsinə gedərək Abbas tərəfindən döyülməyim barədə şikayət etdim”.

Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Abbasın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.

Son xəbərlər

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
09 noyabr 2026, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər