İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin idarə heyətinin sədri Zaur Əliyev Lənkərada vətəndaş qəbulu keçirib. Bu haqda məlumatı Cenublu.az bu gün, 28 oktyabr tarixində verir.
Görüş Rayon Mərkəzi Xəstəxanasında baş tutub. Burada Lənkəran, Astara və Lerik rayonları sakinlərinin müraciətləri diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həllini tapıb, digər məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
Qeyd edək ki, qəbul Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İcraçı direktoru Vüqar Qurbanovun iştirakı elə həyata keçirilib.