top
Hirkan Milli Parkının vəzifəli şəxsi azadlığa buraxılıb
05 yanvar 2026, 06:08
- ↺ +

Hirkan Milli Parkının vəzifəli şəxsi azadlığa buraxılıb

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Ali Məhkəmədə xidməti vəzifələrindən sui-istifadə və vəzifə saxtakarlığında təqsirləndirilən Dadaş Quliyev barəsindəki kassasiya şikayəti üzrə proses başa çatıb.

İttihama görə, o, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Hirkan Milli Parkının “Seyfidor” meşəbəyliyində mühafizə yegeri və müvəqqəti sahə müfəttişi kimi çalışarkən 2023-cü ilin yayından 2024-cü ilin martınadək vəzifələrini qəsdən icra etməyib. Bu müddətdə müəyyən edilməmiş şəxslərə pul müqabilində parkın müxtəlif dolaylarında ağacların qanunsuz kəsilməsinə şərait yaradılıb. Ümumilikdə 93 ağac kəsilib, 8 aşmış ağac daşınıb, təbiətə 47 128 manat ziyan dəyib. Məhkəmə bu halların milli parkın ekoloji tarazlığına ciddi zərər vurduğunu qeyd edib.

Həmçinin müəyyən edilib ki, Quliyev 2023-cü ilin payızında 27-ci dolayda yaş halda qanunsuz kəsilmiş ağacı aşkar etsə də, cinayəti gizlətmək üçün 15 fevral 2024-cü il tarixli saxta akt tərtib edərək ağacı quru halda kəsilmiş kimi göstərib.

Lənkəran Rayon Məhkəməsi onu Cinayət Məcəlləsinin 308.2 və 313-cü maddələri ilə təqsirli bilərək 3 il 6 ay həbs və 2 il 6 ay müddətinə rəhbər və maddi-məsul vəzifə tutmaq hüququndan məhrumetmə cəzası təyin etmişdi, qərardan verilən apellyasiya şikayəti isə Şirvan Apellyasiya Məhkəməsi tərəfindən təmin edilməmişdi. Daha sonra kassasiya şikayəti verilib. Keçirilən iclasda Şirvan Apellyasiya Məhkəməsinin qərarı müdafiə tərəfinin şikayəti əsasında dəyişdirilib. Quliyevin 3 il 6 ay azadlıqdan məhrumetmə cəzası şərti hesab olunub, ona 3 il sınaq müddəti təyin edilib, həbs qətimkan tədbiri ləğv edilərək azadlığa buraxılıb. Eyni zamanda, vəzifə tutmaq hüququndan məhrumetmə cəzası müstəqil icraya yönləndirilib.

Qeyd edək ki, ad və soyad şərtidir.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

İqtisadiyyat
Dünən, 10:03

Ölkənin pambıq tədarükündə Biləsuvarın xüsusi yeri

Oxşar xəbərlər