Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə “Masal prodakşn”ın istehsalı olan “Heydər Əliyev və Masallı” adlı sənədli filmin təqdimat mərasimi baş tutacaq. Bu haqda məlumatı Cenublu.az bu gün, 23 sentyabr tarixində verir.
Təqdimat mərasimi 24 sentyabr saat 15:00-da Bakı şəhəri, Bül-bül prospekti, 20-də yerləşən “Nizami” Kino Mərkəzində keçiriləcək.
Qeyd edək ki, filmin ideya və ssenari müəllifi Cəfər Cəfərov, quruluş və təsvir rejissoru Elsevər Əliyev, montaj rejissoru isə Faiq Mirzədir.