top
Həyata barmaqları ilə baxan Zəkəriyyə: “1 həftəyə nöqtə ilə oxumağı öyrəndim” - ÖZƏL MÜSAHİBƏ
13 noyabr 2024, 01:54
- ↺ +

Həyata barmaqları ilə baxan Zəkəriyyə: “1 həftəyə nöqtə ilə oxumağı öyrəndim” - ÖZƏL MÜSAHİBƏ

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Bu gün qaranlıqla işığın qovuşduğu, dünyanı gözləri ilə yox, barmaqları ilə görənlərin günüdür...

13 Noyabr – Beynəlxalq Gözdən Əlillər günü!

Gözdən əlillərin necə kitab oxuduğunu düşünmək insana çox çətin gəlir. Amma onlarla ünsiyyətdə olduqca, gözdən əlil olsa belə insanın nələrə qadir olduğunu anlayırsan. Yetər ki, inan…

Belə şəxslərdən biri də Respublika Gözdən Əlillər Kitabxanasının işçisi, biləsuvarlı Zəkəriyyə Qurbanovdur.

Cenublu.az-ın əməkdaşının Zəkəriyyə Qurbanovla müsahibəsini təqdim edirik:

- Zəkəriyyə bəy, öncə özünüz barədə məlumat verməyinizi istəyərdim.

- Zəkəriyyə Əli oğlu Qurbanov. 1988-ci il iyulun 11-də Biləsuvar rayonunun Amankənd kəndində anadan olmuşam. 36 yaşım var. I qrup gözdən əliləm. Artıq 3 ildir ki, Respublika Gözdən Əlillər Kitabxanasında çalışıram.

- Gözünüzdəki problem doğulandan var? Yoxsa sonradan yaranıb?

- Xeyr, sonradan yaranıb. 6 yaşıma qədər görmə qabiliyyətim yerində olub. 6 yaşımdan sonra gözümə mirvari suyu gəldi, bir gözüm tutuldu. İkinci sinfə gedəndə isə o biri gözüm zəifləməyə başladı. Və tədricən gözlərimin hər ikisi tamamilə tutuldu. Deyirlər irsidir. Çünki atamda da var bu problem. Genetik olaraq mənə də keçdi.

- Bəs atanızda bu problem nə zaman yaranıb?

- Deyilən görə, atamda da sonradan yaranıb. Deyəsən, narkoz çox verilib və bunun nəticəsində görmə problemi yaranıb.

- Ailənizdə bu problemdən əziyyət çəkən başqa kimsə varmı?

- Bəli, 3 qardaşıq. Üçümüz də gözdən əlilik. Sadəcə mən və kiçik qardaşım I qrup gözdən əlildir, ortancıl qardaşım isə II qrupdur. Ortancıl qardaşım demək olar ki, kitab da oxuya bilir.

- 6 yaşa qədər gördüyünüzü dediniz. Nə isə xatırlayırsınızmı?

- Hər bir şeyi xatırlayıram. Qəribədir ki, indi gözüm açılsa, o qədər də təəccüblənmərəm. Həyatıma qaldığım yerdən davam edərəm. Çünki insanların təsvirləri, rənglər tamamilə yadımdadır. Ola bilər ki, bəzi yeniliklərdən xəbərim olmasın.

- Görmənizdə olan problem təhsilinizə mane oldumu?

- Əlbəttə, xeyr. 12 yaşımda Bakıya gəldim. Sağlamlıq imkanları məhdud uşaqlar üçün Respublika İnternat Məktəbində oxudum. 2010-cu ildə oranı bitirdim. Həmin il Bakı Sosial Pedaqoji Kollecə daxil oldum. 2014-cü ildə fərqlənmə ilə bitirdim. 2014-cü ildə Bakı Dövlət Universitetinin Kitabxanaçılıq və İnformasiya fakültəsinə daxil oldum. 2018-ci ildə bitirdim. 2022-ci ildən bəri də burada çalışıram.

Düzdü, 2020-ci ilə qədər oxumaq çox çətin idi. Çünki universitetə qəbul olmaq üçün oxumalı olduğumuz kitabları tapa bilmirdik. Amma indiki dövrdə çox asandı.

- Brayl əlifbasını necə öyrəndiniz? Deyirlər, görmə problemi sonradan yaranan insanlar üçün bu əlifbanı öyrənmək çətin olur.

- 2000-ci ildə Bakıya gələndə Sağlamlıq imkanları məhdud uşaqlar üçün Respublika İnternat Məktəbində oxumağa başladım. Siz inanmazsınız ki, həmin əlifbanı 1 həftəyə öyrəndim. Mənə çox asan oldu.

Bizim məktəb 12 il təhsil verir. Təsəvvür edin, elə şagirdlər var ki, 10 il oxuyur, öyrənə bilmir. Sonra qəfil necə sıçrayış baş verirsə, braylı 1 günə öyrənib, iki il sonra universitetə daxil olur. Amma elələri var ki, heç vaxt öyrənə bilmirlər. Bu hissiyyat məsələsidir. Barmaqda hissiyyat yaranmır.

- Telefondan necə istifadə edirsiniz?  

- Heç bir problem yaranmır. Çünki hər şey dostumuz Elnur Sadiqin sayəsindədir. Elnur Sadiq gözdən əlil müəllimdir. O, bizim ölkədə gözdən əlillər üçün səsli proqram yaratdı. Həmin proqram vasitəsi ilə bütün istədiyimiz kitabları rahatlıqla dinləyə bilirik. Eyni zamanda, həmin proqramla kompüterdə işləmək, telefonla oynamaq çox asanlaşıb.

- Gözünüz açılanda ilk nəyi və kimi görmək istəyərdiniz?

- Gözüm indi açılsa, sizi görəcəkdim (gülür). Ya da gözümün sarğısını açacaq həkimi.

 

Bildirək ki, günün məhz bu tarixdə qeyd olunması görməyənlər üçün relyefli əlifbanın müəllifi, gözdən əlillər üçün ilk təhsil müəssisələrinin yaradıcısı olan məşhur fransalı xeyriyyəçi Valentin Qayuinin doğum günü ilə bağlıdır.

Onu da deyək ki, gözdən əlillərin kitab oxuması üçün Brayl əlifbası köməklərinə çatır. Brayl şriftlərinin öyrənilməsi üçün aparat “bribor” adlanır. Həmin aparatın üzərindəki hər kvadratın içərisində 6 nöqtə var. O nöqtələr də Brayl əlifbasında bir hərfdir. Bu aparata qoyulan vərəq digərlərindən qalın olur.

Bu da belə... Bəli, onların görən dünyası qaranlıq olsa da, barmaqları ilə həyata işıq salırlar.

 

Fidan İlqar

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 09:27

FHN: Qeyri-iş günləri ərzində 72 yanğına çıxış olub, 4 nəfərin meyiti təhvil verilib

Bütün xəbərlər
Dünən, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Dünən, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Dünən, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Dünən, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Dünən, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Dünən, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Dünən, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Dünən, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Dünən, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Dünən, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Dünən, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Dünən, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Dünən, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Dünən, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
09 noyabr 2026, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
09 noyabr 2026, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
09 noyabr 2026, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
09 noyabr 2026, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
09 noyabr 2026, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
09 noyabr 2026, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
09 noyabr 2026, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
09 noyabr 2026, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
09 noyabr 2026, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Oxşar xəbərlər