top
Həyat yoldaşını qətlə yetirən “Kirvə Vüsal” 9 il 3 ay azadlıqdan məhrum edilib
04 mart 2023, 00:09
- ↺ +

Həyat yoldaşını qətlə yetirən “Kirvə Vüsal” 9 il 3 ay azadlıqdan məhrum edilib

Masallı rayon sakini, 34 yaşlı “Kirvə Vüsal” adı ilə tanınan Vüsal Bayramov ötən ilin 3 sentyabr tarixində Bakı şəhərinin Nizami rayonunuda 27 yaşlı həyat yoldaşı Ayşə Bayramovanı qətlə yetirdiyinə görə azadlıqdan məhrum olunub. Bu haqda məlumatı Cenublu.az bu gün, 4 mart tarixində Qafqazinfo-ya istinadən verir.

V.Bayramov Cinayət Məcəlləsinin 120.1 (Qəsdən adam öldürmə) və 228.4 (Qanunsuz silah saxlama) maddələri ilə ittiham edilib.

Məhkəmədə məlum olub ki, “Kirvə Vüsal” adı ilə tanınan Vüsal 2010-cu ildə Masallıda ailə həyatı qurub və iki övladı dünyaya gəlib. O, 2017-ci ildə Bakıda təsadüfən Ayşəyə məxsus paltar mağazasında olarkən onunla tanış olub və aralarında münasibət yaranıb. Vüsalın həyat yoldaşı ərinin Bakıda başqa qadınla qeyri-rəsmi ər-arvad münasibətində olmasını biləndən sonra ondan Ayşə ilə münasibətə son qoymasını tələb edib. Lakin Vüsal Bayramov Ayşədən ayrılmayacağını deyib və xanımı ondan boşanmaq qərarına gəlib. Onların izdivacı 2019-cu ildə rəsmən bitib.

Bundan sonra Vüsal Bakıda sevgilisinə yeni tikilmiş çoxmərtəbəli binaların birində ev alıb və təmir etdirib. Həmçinin Vüsal 2021-ci ildə Ayşə ilə rəsmi nikaha daxil olub və onların oğlu dünyaya gəlib. Bununla yanaşı, ərinin maddi vəziyyəti yaxşı olduğundan Ayşə mağazasını bağlayıb.

Lakin bundan sonra Vüsalın maddi vəziyyəti pisləşməyə başlayıb. O, qısa vaxtda yeni aldığı evi satmalı olub, özü ata-anası ilə, valideynlərini erkən yaşda itirən Ayşə isə nənəsinin yanında yaşamağa başlayıb. Bundan sonra isə cütlüyün arasında ciddi problemlər yaranıb. Ayşənin nənəsi də tez-tez ondan Vüsala şikayətlər edib. Bu, onların münasibətlərini daha da kəskinləşdirib. Nəhayət, 3 sentyabr 2022-ci ildə Vüsal bıçaqla Ayşənin nənəsinin evinə gedərək onu gözləyib. Gecə saat 23:00 radələrində o, Nizami rayonu, Şərifli küçəsində həyat yoldaşına hücum edərək onu çoxsaylı bıçaq zərbələri ilə qətlə yetirib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vüsal Bayramov 9 il 3 ay müddətinə həbs olunub.

 

Son xəbərlər

Cəmiyyət
Bu gün, 15:40

Magistratura üzrə ödənişli əsaslarla qəbul olan 195 şəxs dövlət hesabına təhsil alacaq

Bütün xəbərlər
Bu gün, 15:10

Azərbaycana narkotik gətirilməsinin qarşısı alındı

Bütün xəbərlər
Bu gün, 14:30

Azərbaycanda 1500-dən çox şəxs orqan köçürülməsi üçün növbə gözləyir

İqtisadiyyat
Bu gün, 13:55

Bu vətəndaşların kredit borcu silinəcək

Bütün xəbərlər
Bu gün, 13:16

Bu gün Yer kürəsində başlayan təhlükəli proseslə bağlı XƏBƏRDARLIQ

İdman
Bu gün, 12:45

Ata yeni doğulan körpəsini evə yox, stadiona apardı

Bütün xəbərlər
Bu gün, 12:10

Səfərbərlik Xidmətində 122 əməkdaş cəzalandırıldı - RƏSMİ

Bütün xəbərlər
Bu gün, 11:35

Xəzərin geri çəkildiyi ərazilərdə yeni ekosistem yaranır: Lənkəran sahilləri yaşıllaşır

Kriminal
Bu gün, 11:02

Lerikli qazi həyat yoldaşını qətlə yetirib

Bütün xəbərlər
Bu gün, 10:25

Lerikli şəhidimizin doğum günüdür

Kriminal
Bu gün, 09:46

Biləsuvarda qətl: toydan başlayan mübahisədə bibisi oğlunu öldürdü

Siyasət
Bu gün, 09:06

Salyanda qəza: avtomobil körpüyə çırpıldı

Bütün xəbərlər
Bu gün, 08:00

5 oktyabr – Beynəlxalq Müəllimlər Günüdür!

Bütün xəbərlər
Bu gün, 00:20

6 il əvvəl Gəncə ikinci dəfə raket atəşinə tutuldu

Bütün xəbərlər
Bu gün, 00:01

5 oktyabr 2020: Vətən müharibəsinin doqquzuncu günü

Bütün xəbərlər
Dünən, 00:20

Gəncənin ilk raket atəşinə tutulmasından 6 il ötür

Bütün xəbərlər
Dünən, 00:01

Cəbrayıl şəhəri və 9 kəndinin azad olunduğu gündür

Bütün xəbərlər
03 oktyabr 2026, 17:45

Lənkəranda Dövlət Bayrağı Gününə özəl kvest keçiriləcək

Bütün xəbərlər
03 oktyabr 2026, 17:05

İgid şəhidimizin xatirəsi anılır

Kriminal
03 oktyabr 2026, 16:30

Maşınla piyadanı vurub qaçdı, "əcəb etmişəm" dedi

Kriminal
03 oktyabr 2026, 15:55

Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 15:20

Sabah duman olacaq, yağış yağacaq - PROQNOZ

Bütün xəbərlər
03 oktyabr 2026, 14:45

İtkin düşmüş 9 nəfər tapıldı

Bütün xəbərlər
03 oktyabr 2026, 14:05

Şəhid İlqar İbrahimovun xatirəsi anılır

Oxşar xəbərlər