Azərbaycan Ordusunun hərbi qulluqçusu vəfat edib.
Müdafiə Nazirliyindən Cenublu.az-a bildirilib ki, Məcidov Maqbet Xətai oğlunun ölümünün ilkin səbəbi ildırım sürətli vaskulit xəstəliyidir.
Faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçumuzun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir.