top
Hakimləri təhqir edən Masallı sakini həbs edildi
13 noyabr 2025, 23:00
- ↺ +

Hakimləri təhqir edən Masallı sakini həbs edildi

Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Abunə ol

Sosial şəbəkələrdə bir qrup hakimi təhqir edən və onları rüşvət almaqda ittiham edən Masallı sakini Hikmət Şükürov (1962-ci il təv.) barədə məhkəmə hökmü elan edilib. O, 5 hakim tərəfindən xüsusi ittiham qaydasında məhkəməyə verilib.

İlkin məlumatda bildirilir ki, Şükürovun narazılığı bacısı oğlu Sabit Əliyev barəsində çıxarılmış xuliqanlıq hökmündən sonra başlayıb. Şirvan Apellyasiya Məhkəməsində hökm elan olunarkən o, zalda hakimləri təhqir edib və polisə müqavimət göstərdiyi üçün 8 sutka inzibati həbs alıb.

Həbsdən sonra isə sosial şəbəkələrdə Masallı Rayon Məhkəməsinin sədri Firdovsi Əliyevi, hakim Elşən Təbrizoviçi, Şirvan Apellyasiya Məhkəməsinin sədri Vəli Abdullayevi, hakim Elçin Xasməmmədovu və Şirvan Şəhər Məhkəməsinin hakimi Ceyhun Mustafayevi, həmçinin onların ailə üzvlərini təhqir etməyə davam edib.

Hakimlər onun cinayət məsuliyyətinə cəlb olunmasını və hər biri üçün 50 min manat mənəvi təzminat təyin edilməsini tələb ediblər.

Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Hikmət Şükürov böhtan və təhqir maddələri ilə 2 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə həmçinin hər bir hakimin xeyrinə 10 min manat olmaqla ümumilikdə 50 min manat təzminat ödənilməsi barədə qərar çıxarıb.

Son xəbərlər

Bütün xəbərlər
Bu gün, 17:20

Biləsuvarlı sabiq məmur doğum günündə dünyasını dəyişdi

Bütün xəbərlər
Bu gün, 16:45

Müəllimlərin maaş əlavəsi hər 10 bala görə hesablanması təklif olunur

Bütün xəbərlər
Bu gün, 16:10

Yollarda görünüş 1000 metrədək məhdudlaşacaq

Bütün xəbərlər
Bu gün, 15:30

Tanınmış lerikli aktyor Aslan Fətullayev vəfat edib

Bütün xəbərlər
Bu gün, 15:00

Turistlər Lənkəranı da seçir – TOP-10-da yeddinci pillə

Bütün xəbərlər
Bu gün, 14:25

Sabah duman olacaq - PROQNOZ

Bütün xəbərlər
Bu gün, 13:50

BDYP səfərdən geri qayıdan sürücülərə xəbərdarlıq edib

İdman
Bu gün, 13:10

Yardımlı şəhidinin qardaşı Avrasiya çempionu oldu

Cəmiyyət
Bu gün, 12:35

Doğma yurdu Masallı olan məşhurları tanıyırsınız?

Bütün xəbərlər
Bu gün, 12:00

Cənubda FAKTİKİ HAVA

Bütün xəbərlər
Bu gün, 11:25

Məktəblilər 7 gün dincələcəklər

Bütün xəbərlər
Bu gün, 10:30

Sabirabadda məktəbli avtomobil qəzasında həyatını itirdi

Bütün xəbərlər
Bu gün, 09:50

Cəlilabadlı şəhidimizin doğum günüdür

Bütün xəbərlər
Bu gün, 09:16

Lənkəranın tanınmış güləş məşqçisi dünyasını dəyişdi

Faydalı
Dünən, 17:50

Günəşdə sutka ərzində baş verən alovlanmaların sayı XXI əsrin rekordunu təkrarlayıb

Bütün xəbərlər
Dünən, 17:03

Cəlilabadlı şair bodibildinq çempionatında medal qazandı

Cəmiyyət
Dünən, 16:24

Cəlilabadlı şəhidimizin ad gündür

Cəmiyyət
Dünən, 15:36

Şəhid qardaşların atası: Mənim övladlarım Zəfər qəhrəmanlarıdır

Bütün xəbərlər
Dünən, 14:31

Cənub gəncləri niyə Bakı və Sumqayıta üz tuturlar? - CENUBLU.AZ-ın ARAŞDIRMASI

Cəmiyyət
Dünən, 13:50

Yardımlıda məktəb direktoru vəfat edib

İqtisadiyyat
Dünən, 13:13

Azərbaycanda yerli və xarici MMC-lərin elektron qeydiyyatı pulsuz olacaq

Bütün xəbərlər
Dünən, 12:01

Rayonlara səfər edən sürücülərə DYP-dən xəbərdarlıq

Cəmiyyət
Dünən, 11:29

İmişlidə ağır avtoqəza baş verib, iki nəfər ölüb

Bütün xəbərlər
Dünən, 10:54

Lerikə qar yağır - FAKTİKİ HAVA

Oxşar xəbərlər