top
Hacı Şahinin ölümü heç də qəfil və sirli olmayıb - Rəşad Mahmudovdan açıqlama
03 mart 2023, 01:40
- +

Hacı Şahinin ölümü heç də "qəfil və sirli" olmayıb - Rəşad Mahmudovdan açıqlama

İlahiyyatçı, din xadimi, "Mənəvi Dünya" Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri, Qafqaz Müsəlmanları İdarəsinin Nəsimi rayonu üzrə nümayəndəsi, QMİ-nin Qazilər şurasının üzvü Hacı Şahinin ölümü ilə bağlı cəmiyyətdə yaranan fikir ayrılığı ilə bağlı Astaradan olan tanınmış ürək-damar cərrahı, tibb elmləri doktoru Rəşad Mahmudov açıqlama verib.

"Hər vaxtınız xeyirli olsun, əziz həmvətənlər! Gec də olsa, yazmağa qərar verdim. Əfsuslar olsun ki, Hacı Şahinin vaxtsız və qəfil vəfatı hamımızı çox üzdü. Amma bu gün apardığımız ilkin tibbi araşdırmalardan sonra bəlli oldu ki, hadisə heçdə "qəfil və sirli" olmamışdır. Son illərdə müayinəsində olduğu bir çox həkimdən aldığım tibbi həqiqətləri sizinlə paylaşmağı özümə borc bildim. Çünki bunu etmədikcə lazımsız şübhələr və fərziyyələr günü-gündən artacaq.

Aldığımız ilkin tibbi (anamnestik) məlumatlardan bəlli oldu ki, Hacı Şahin Həsənli uzun illərdən bəri (2016) dəfələrlə ürək şikayətləri ilə həkimlərə müraciət edib. Hər dəfəsində də ona angioqrafiya müayinəsinə mütləq ehtiyac olduğu bildirilib. Əfsuslar olsun ki, hər dəfəsində bir bəhanə ilə müayinədən uzaqlaşıb. Dünən isə gündüz saatlarında yenidən təcili yardıma kəskin ağrılarla müraciət edən mərhuma (KəskinKoronarSendrom) xəstəxanaya yatmasının lazım olduğu bildirilsə də, ilkin yardım sonrası ürək ağrısı keçincə yenidən öz istəyi və yaxınlarının imzalı sənədi ilə təcili yardımdan ayrılaraq evinə gedib. Təcili yardımda baxılan analizdə troponinin dəyəri normadan yüksək çıxıb".

R.Mahmudov daha sonra əminliklə bildirib: "Bir ürək həkimi kimi onu deyə bilərəm ki, nəticədə uzun illərdən bəri ondan imdad gözləyən ürəyi gecə yarısı qəfil və sirsiz bir şəkildə, genişmiqyaslı infarktla ölümə səbəb olub. Bütün bunlar bir daha göstərir ki, hadisə daha çox çarəsi olan, "gəlirəm" deyən, amma müalicə olunmayan ürək xəstəliyindən baş verib.

Bu tibbi məlumatı paylaşmaqda məqsədim cəmiyyəti az da olsa bilgiləndirmək və lazımsız şübhələrə son verməkdir. Əlbəttə ki, hüquq-mühafizə orqanları məsələni daha dərindən araşdıracaq və əgər hər hansı bir qaranlıq məqam varsa, hadisəyə aydınlıq gətirəcək.

Allah rəhmət eləsin. Ailəsinə və sevənlərinə səbir diləyirəm”.

Son xəbərlər

Kriminal
Bu gün, 14:12

Masallıda 13 yaşlı qız ana oldu: Sevgilisinə şərti həbs

Bütün xəbərlər
Bu gün, 13:30

Moskvaya gedən azərbaycanlıların NƏZƏRİNƏ - Hər addımınız izlənəcək!

Bütün xəbərlər
Bu gün, 13:00

Sabah Astaranın üç kəndində qaz olmayacaq

Kriminal
Bu gün, 12:30

Biləsuvarda kişi arvadını dağladı – Məhkəmə

Kriminal
Bu gün, 12:00

Sabirabadda 8 kiloqram narkotik vasitə aşkarlanıb

Bütün xəbərlər
Bu gün, 11:30

Birinci Qarabağ müharibəsinin itkin-şəhidləri dəfn olunacaq

Bütün xəbərlər
Bu gün, 11:00

Sürücülər üçün test imtahanına qeydiyyat elan edilir

Bütün xəbərlər
Bu gün, 10:30

Azərbaycanda 1941-1945-ci illər müharibəsinin veteranları daha 5 nəfər azalıb

Bütün xəbərlər
Bu gün, 10:00

Lənkəranda 8 400 abonentin işığı kəsiləcək

İqtisadiyyat
Bu gün, 09:30

Azərbaycan neftinin qiyməti 94 dolları ötdü

Bütün xəbərlər
Dünən, 17:30

Bakıda gənc oğlanın meyiti hamamda tapıldı

Bütün xəbərlər
Dünən, 16:30

İki il gözlədi, mal-qara ala bilmədi – RƏSMİ AÇIQLAMA

Bütün xəbərlər
Dünən, 16:00

Son 7 ayda Azərbaycanda 405 min nəfərə Prezident təqaüdü ödənilib

Kriminal
Dünən, 15:00

Salyanlı kişi qayınanasını plastik boru ilə döydü

Bütün xəbərlər
Dünən, 14:30

Azərbaycanda neçə çoxuşaqlı ana var? - AÇIQLANDI

Bütün xəbərlər
Dünən, 14:00

Bu il 15 qadın məişət zorakılığı zamanı öldürülüb - RƏSMİ

Bütün xəbərlər
Dünən, 13:30

Sabah bu rayonlarda qaz olmayacaq

Bütün xəbərlər
Dünən, 13:00

Sabah hava necə olacaq?

İqtisadiyyat
Dünən, 12:29

Bölgələrdə pensiyalar bu tarixdə veriləcək

Kriminal
Dünən, 12:00

Lənkəranda narkotik tərkibli bitkilər yetişdirən şəxslər həbs edilib

Bütün xəbərlər
Dünən, 11:30

Avqustun 22-də rəqəmsal SAT imtahanı keçiriləcək

Kriminal
Dünən, 10:33

Ötən gün axtarışda olan 101 nəfər saxlanılıb

Bütün xəbərlər
Dünən, 10:00

Universitetlərə ixtisas seçimi yekunlaşır - Neçə nəfər ərizəsini təsdiqləyib?

Kriminal
Dünən, 09:19

"Kinomuz bura qədər idi" – Arvadını öldürənin məhkəməsindən detallar

Oxşar xəbərlər